Mixeil Saakaşvili Gürcüstana qayıdacağını bildiribbackend

Mixeil Saakaşvili Gürcüstana qayıdacağını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili ölkəyə geri qayıdacağını bildirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yaydığı videomüraciətdə deyib.

Ukraynanın İslahatlar üzrə Milli Şurasının İcraiyyə Komitəsinin sədri Gürcüstan ictimaiyyətindən səhvlərinə görə üzr istəyib və qeyd edib ki, indi illər sonra ölkəyə necə daha yaxşı xidmət edəcəyini bilir.

M.Saakaşvili Ukraynaya onu qeyd-şərtsiz qəbul etdiyinə görə təşəkkür edib və bu ölkəni ikinci evi adlandırıb.