Mixael Şumaxerin oğlu Rusiyada birinci oldubackend

Mixael Şumaxerin oğlu Rusiyada birinci oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Formula 1” üzrə 7 qat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer “Formula 2″nin Rusiyada baş tutan onuncu mərhələsinin ilk yarışını qazanıb.

TİA.AZ-ın məlumatına görə, “Prema Racing” komandasının heyətində çıxış edən 21 yaşlı pilot Soçidəki turnirdə birinci olub.

Almaniyalı sürücü mövsümdə ikinci qələbəsini əldə edib.

Qeyd edək ki, “Formula 2″nin Soçi avtodromundakı ikinci yarışı sentyabrın 27-də gerçəkləşəcək.