Misir Mərdanovun polis qardaşı daha bir vəzifəsindən çıxarılıbmışbackend

Misir Mərdanovun polis qardaşı daha bir vəzifəsindən çıxarılıbmış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şabran Rayon Polis İdarəsinin keçmiş rəisi Əli Mərdanov “Azərişıq” ASC-dəki vəzifəsindən də ayırılıb.
Qaynarinfo-nun məlumatına görə, Əli Mərdanov “Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi vəzifəsindən azad edilib. Onun yerinə daha əvvəl də bu vəzifədə işləmiş Rəhman Səmədov təyin olunub.
Qeyd edək ki, sabiq Təhsil naziri Misir Mərdanovun qardaşı Əli Mərdanov 2019-cu ilin fevralında Şabran Rayon Polis İdarəsindən azad edilərək, təqaüdə göndərilmişdi. Elə həmin il “Azərişıq” ASC-nin Qusar Elektrik Şəbəkəsinin rəisi vəzifəsinə təyin olunmuşdu.