Tribuna İnformasiya Agentliyi

Misir futbol yığmasının baş məşqçisi istefaya göndərilib

20 İyun

Misir Futbol Assosiasiyası (MFA) milli komandanın argentinalı baş məşqçisi Ektor Kuperin istefaya göndərilməsi barədə qərar qəbul edib.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Assosiasiya rəhbərliyindəki mənbəyə istinadən “Əl-Vatan” qəzeti yazıb.

Bildirilir ki, MFA Ektor Kuper və futbol üzrə Misir yığması qərargahının DÇ-2018-in qrup mərhələsində Səudiyyə Ərəbistanı ilə son oyundan sonra tam heyətlə istefa göndərilməsinə razılıq verib.

Görüş iyunun 25-də Volqoqradda keçiriləcək.

Misirlilər qrup mərhələsinin birinci turunda Uruqvaya (0:1), ikinci turunda isə Rusiyaya (1:3) məğlub olublar.