Tribuna İnformasiya Agentliyi

İmişlidə “Bayraq günü”

08 Noyabr

İmişli rayonunun Əliqulular kənd tam orta məktəbində 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə geniş tədbir keçirildi.  İmişli rayonunun Əliqulular kənd tam orta məktəbində 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə geniş tədbir keçirildi. 

Tədbiri giriş sözü ilə məktəbin direktoru, respublikanın Əməkdar müəllimi, yazıçı-publisist Səxavət Tağlar (Tağıyev) açaraq üç 

rəngli bayrağın tarixi, Dövlət Bayarağı Gününün təsis edilməsi haqqında geniş məlumat verdi. Şagirdlər dövlətçilik rəmzlərini 

əks etdirən şerlər söylədilər və Dövlət Bayrağı ilə bağlı sorğuları cavablandırdılar. Bayraq Gününə həsr olunmuş ən yaxşı şagird 

əl işləri – Dövlət Bayrağı və Dövlət Gerbi tədbir iştirakçıları tərəfindən maraqla qarşılandı. XI sinif şagirdləri Zeynəb 

Qürbətqızının və Nərmin Şükürlünün əl işləri məktəb rəhbərliyi tərəfindən mukafatlandırıldı. Sonda tədbir iştrakçıları 
Azərbaycan Respublikasının Dövlət Bayrağı önündə şəkillər çəkdirdilər.