Tribuna İnformasiya Agentliyi

“İmişli icra başçısı haqda yazılan həmin yazılar şər-böhtandan başqa bir şey deyil”

24 Aprel

”İmişli icra başçısı daima yerindədir və sahibkarlara diqqət və qayğı göstərir” 
”İmişli icra başçısı daima yerindədir və sahibkarlara diqqət və qayğı göstərir”

Son bir neçə gündü ölkənin bir sıra mətbu orqanlarında İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bağlı müxtəlif yanlış məlumatlar yayılıb.

Həmin məlumatlarda guya icra başçısının böyük biznesə, mülklərə malik olması , sahibkarların guya haqqını tapdaması və sairə həqiqətə uyğun olmayan məlumatlar yer alıb.  
Bununla bağlı Bolgexeber.com İmişli rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq münasibət öyrənib.İcra hakimiyyətindən bildiriblər ki, bu tipli informasiyalar şər-böhtandan, icra başçısının İmişlidə gördüyü böyük müsbət işlərə kölğə salmağa hesablanmış qara piardan başqa bir şey deyil.
”İmişli icra başçısı daima yerindədir və sahibkarlara diqqət və qayğı göstərir və bu gün İmişlidə böyük abadlıq-quruculuq işləri aparılır. İmişli İcra Hakimiyyəti də həmişə vətəndaşların rifanının və hüquqlarının keşiyindədir və bundan sonra başda icra başçısı Vilyam Hacıyev olmaqla İmişlinin daha da inkişaf etməsi üçün rəhbərlik əlindən gələni əsirgəməyəcək”,- icra hakimiyyətindən bildirlirdi.