Tribuna İnformasiya Agentliyi

Miqrantlar üçün ən yaxşı şəhərlər – Siyahı

18 Noyabr

Emiqrantların yaşaması üçün dünyanın ən yaxşı şəhərlərinin siyahısı tərtib edilib. 

Emiqrantların yaşaması üçün dünyanın ən yaxşı şəhərlərinin siyahısı tərtib edilib.

TİA.AZ xəbər verir ki, siyahı “İnternəşns” şirkəti tərəfindən hazırlanıb. Reytinqin hazırlanması üçün 14 min emiqrant arasında sorğu aparılıb. Sorğunun nəticəsinə əsasən, Avstraliyanın Melburn şəhəri emiqrantlar üçün ən yaxşı şəhər seçilib. Ondan sonrakı yerləri Hyuston (ABŞ) və Madrid (İspaniya) tutub. İlk onluğa Düsseldorf (Almaniya, Sinqapur, Vyana (Avstriya), Münhen (Almaniya), Sidney (Avstraliya), Mexiko (Meksika) və Toronto (Kanada) daxil olub.