“MiQ” vermək alınmadı: İndi Ağ Ev Ukraynaya daha müasir silahlar çatdıra bilərbackend

“MiQ” vermək alınmadı: İndi Ağ Ev Ukraynaya daha müasir silahlar çatdıra bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bayden administrasiyası avropalı tərəfdaşlarla daha müasir hava hücumundan müdafiə sistemləri və digər silahların ukraynalı müdafiəçilərə ötürülməsi ilə bağlı məsləhətləşmələr aparır.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Washington Post” yazıb.
Polşa və Rumıniya ilə birlikdə Ukraynaya silah yardımı etməyə razılaşan Pentaqon rəhbəri Lloyd Ostinin Slovakiyaya planlaşdırılan səfəri ərəfəsində müzakirələr davam edir.
Slovakiya həmçinin ukraynalılara yaxşı məlum olan və düşmən təyyarələrini vurmaq üçün istifadə edilən S-300 zenit-raket kompleksinə malikdir.
Nəşrin mənbələrinə görə, Pentaqon Slovakiya ilə humanitar yardım və yanacağın ötürülməsi üçün enli dəmir yollarından istifadə barədə razılığa gələ bilər.
Bundan əvvəl “The Washington Post” öz məqaləsində bəyan edib ki, Bayden Putini təxribata çəkməmək üçün Polşanın Ukrayna Silahlı Qüvvələrinə MiQ-29 qırıcılarının verilməsinə şəxsən veto qoyub.
Jurnalistlər ABŞ-ın rəhbərliyinin belə reaksiyasından hiddətləniblər: onlar güman edib ki, Rusiya prezidenti Baydenin mövqeyini NATO-nun mövqeyi kimi qiymətləndirə bilər.
40 senator amerikalı rəhbərə müraciət edərək Ukraynaya yeni hərbi yardımın tez bir zamanda təşkil edilməsi, xüsusən də pilotlu və pilotsuz aparatların, S-300 və “Stinger” təhvil verilməsi tələbi ilə müraciət edib. Əks təqdirdə, Rusiyanın səmada üstünlük əldə edə biləcəyini parlamentarilər bildiriblər.
İndi, Pentaqonun hesablamalarına görə, Ukrayna Hərbi Hava Qüvvələrində təxminən 56 döyüş təyyarəsi qalır ki, bu da müharibənin başlanğıcına qədər Ukrayna Hərbi Hava Qüvvələrinin imkanlarının təxminən 80%-ni təşkil edir.
Ukrayna pilotsuz uçuş aparatları və yer-hava tipli raketlərdən istifadə etdiyi üçün döyüş təyyarələrini itirməyib.