MİQ üzrə imtahanların vaxtı və yeri dəyişdirildibackend

MİQ üzrə imtahanların vaxtı və yeri dəyişdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədə faktiki yaşayış yerini Mingəçevir, Naftalan, Yevlax şəhəri, Goranboy və Ağdaş rayonu qeyd etmiş namizədlər üçün test imtahanı mərhələsinin Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçirilməsi nəzərdə tutulmuşdu.
İyulun 2-də Mingəçevir şəhər Telekommunikasiya qovşağında baş vermiş qəza ilə əlaqədar olaraq 5-9 iyul tarixlərində Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçiriləcək imtahana dəvət edilmiş namizədlərin imtahan məkanı və saatlarında dəyişiklik edilib.
Bu barədə Qaynarinfo-ya Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, namizədlərin imtahan verəcəyi yeni məkan və saatla bağlı müvafiq məlumatlar onların şəxsi səhifələrinə göndərilib. Namizədlərdən şəxsi səhifələrinə daxil olaraq yenilənmiş məlumatlarla tanış ola bilərlər.
Qeyd edək ki, müsabiqənin test imtahanı mərhələsində iştirak üçün 59 min 153 namizədə dəvət göndərilib.