MİNSKDƏKİ TƏCRİDXANALARDA DA ETİRAZLAR BAŞLADIbackend

MİNSKDƏKİ TƏCRİDXANALARDA DA ETİRAZLAR BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belorusun paytaxtı Minskdə küçələrə onminlərlə insanın axışaraq, prezident Aleksandr Lukaşenkonu istefaya çağırıb. Tia.az xəbər verir ki, paytaxtın əsas küçələrini bağlayan, Müstəqillik Meydanında toplaşan insanlar hakimiyyətin istefa verməsi ilə yanaşı, siyasi məhbusların azad edilməsini, seçkilərin əsas nəticələrinin tanınmasını və sair tələblər irəli sürüblər.
Bu əsnada, Minsk şəhərində yerləşən bütün Müvəqqəti Saxlanılma Təcridxanalarına salınmış aksiya iştirakçıları etiraz aksiyasına başlayıblar. Tia.az yerli mətbuata istinadən xəbər verir ki, etirazlar 1 saylı Müvəqqəti Saxlanma Təcridxanalarından start götürüb. Oradan digərlərinə yayılıb. Qeyd edək ki, 1 saylı MST-də Belorusda keçirilən prezident seçkilərində namizəd olmuş Svetlana Tixanovskayanın həyat yoldaşı Sergey Tixanovski də var.
Bu əsnada onu da bildirək ki, saxlanılanlara dəstək olaraq yüzlərlə insan MST-lərin qarşısına toplaşıblar.