Minskdə tələbələr və müəllimlər etiraz aksiyası keçirdi, saxlanılanlar varbackend

Minskdə tələbələr və müəllimlər etiraz aksiyası keçirdi, saxlanılanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun paytaxtında Minsk Dövlət Linqvistik Universitetinin tələbə və müəllim heyətinin işitakı ilə etiraz aksiyası baş tutub.

TİA.AZ “TASS”a istinadən bildirir ki, orada 200-ə yaxın insan iştirak edib.

“Vesna” hüquq müdafiəsi mərkəzi aksiya zamanı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən 26 tələbənin saxlanıldığını bildirib. Onlardan 25-i oğlan, 1-i isə qızdır.

Qeyd edək ki, Belarusda etirazlar 9 avqustda baş tutan prezident seçkilərindən sonra başlayıb. Aksiya iştirakçıları səsvermənin saxtalaşdırılmasına qarşı kütləvi etirazlar edirlər.