Minskdə etirazçılara atəş açıldığı anların görüntüləri (VİDEO)backend

Minskdə etirazçılara atəş açıldığı anların görüntüləri (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Minskdə etirazçılara atəş açılması videoya çəkilib.
Qaynarinfo xəbər verir ki, bu görüntülər Next LIVE Telegram kanalı tərəfindən yayımlanıb.
Telegram-kanalın “Readovka”ya istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri rezin güllələrdən istifadə edib.
Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşlarının Belarus paytaxtında nümayişçiləri dağıtmağa başladığı bildirilmişdi. Su püskürdən maşınlar Maşerov prospektindəki mitinq yerinə qədər gedib.
Axşam prezident seçkilərinin ilk nəticələri elan olunduqdan sonra Belarusun bir neçə şəhərində icazəsiz kütləvi etiraz aksiyaları keçirilib. Polis əməkdaşları aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz, su və qumbaraatanlardan istifadə edib və etirazçıları paytaxtın mərkəzindən qovublar.