Minskdə aksiyaçılar etirazlarını davam etdirirbackend

Minskdə aksiyaçılar etirazlarını davam etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belarusun paytaxtı Minsk şəhərinin mərkəzindəki Müstəqillik meydanına avqustun 9-da keçirilən prezident seçkilərinin rəsmi nəticələrindən narazı olanlar toplaşırlar.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, aksiya iştirakçıları “Zorakılıqsız ölkə” şüarları qaldırıblar.

Eyni zamanla, bu gün paytaxt küçələrində təhlükəsizlik qüvvələrinin əməkdaşları o qədər də gözə dəymir.

Xatırladaq ki, dünən həmin məkanda seçkilərin nəticələri ilə bağlı kütləvi etiraz aksiyası keçirilmişdi.