Minskdə 250 aksiya iştirakçısı saxlanıldı (VİDEO)backend

Minskdə 250 aksiya iştirakçısı saxlanıldı (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belarusun paytaxtı Minskdə keçirilən mitinq zamanı 250 nəfər saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova açıqlama verib. Aksiyada vəziyyət nəzarət altına alınıb.
Saxlanılanlar müəyyən edilmiş qaydada qeydiyyatdan keçməyən bayraqlardan, rəmzlərdən və təhqiramiz plakatlardan istifadə ediblər. Onun sözlərinə görə, yerli vaxtla saat 15.00-da ölkədə 17 yerdə aksiyalarının olması qeydə alınıb və iştirakçıların ümumi sayı 3 min nəfəri keçməyib.