Minlərlə tələbəni oxudan, yüzlərlə imkansıza ev alan, yanına gələn hər kəsi işlə təmin edən…backend

Minlərlə tələbəni oxudan, yüzlərlə imkansıza ev alan, yanına gələn hər kəsi işlə təmin edən…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bir türk oğlunu Azərbaycanda tutsaydılar türklər nəyinki Türkiyəni, hətta Azərbaycanı da nəfəs almağa qoymazdılar”
Moderator.az xəbər verir ki, müğənni Xatirə İslam iş adamı Mübariz Mənsimovun həbsi haqqında sosial media hesabında bunları qeyd edib:
“Heç bir tanışlığım olmasa da, bir Azərbaycan oğlu üçün bu paylaşımı etməyə dəyər məncə. Minlərlə tələbəni oxudan, yüzlərlə imkansıza ev alan, yanına gələn hər bir Azərbaycanlını iş ilə təmin edən bu oğula niyə kömək etməsin xalqımız?
Mən inanıram ki, yaxın günlərdə bizim Prezidentimiz bu məsələ ilə özü məşğul olacaq və əlindən gələn köməyi edəcək İNŞALLAH.
Bir də onu deyim ki, bir türk oğlunu Azərbaycanda tutsaydılar türklər nəinki Türkiyəni, hətta Azərbaycanı da nəfəs almağa qoymazdılar. Kaş ki bizdə də o mehribançılıq olsaydı, dünyanın ən xoşbəxti biz olardıq.
Mübariz Mənsimov, ALLAH haqqın tərəfində olsun İNŞALLAH! Azərbaycan oğullarını ALLAH qorusun!
BU QƏDƏR YAXŞILIQ ETDİYİ İNSANLARI GÖRMÜRƏM MƏN. HEYİFFF….”