Tribuna İnformasiya Agentliyi

Minlərlə rusiyalı “Telegram”ın qadağasına etiraz edir (FOTOLAR)

01 May
Rusiyanın paytaxtı Moskvada minlərlə şəxs dünyanın ən məşhur mesajlaşma tətbiqetmələrindən olan “Telegram”ın qadağan edilməsinə etiraz edir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, 200 milyondan çox istifadəçisi olan sosial şəbəkə istifadəçilərin məlumatlarını Rusiya Federal Təhlükəsizlik Agentliyi ilə paylaşmadığı üçün qadağan edilib. Moskvada 10 min nəfər Saxarov küçəsinə toplaşaraq bu qərara etiraz ediblər. Aksiyada müxalif lider Aleksey Navalnı da iştirak edib. İnsanlar üzərində “Telegram”ın loqosu olan kağız təyyarələri havaya buraxıblar.
Qeyd edək ki, “Telegram”ın əsası rus əsilli Pavel Durov tərəfindən qoyulub.