Mingəçevir Dövlət Universitetinin minifutbol komandası şəhər turnirinin qalibi olubbackend

Mingəçevir Dövlət Universitetinin minifutbol komandası şəhər turnirinin qalibi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ilin 1 mart tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart- Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş ali və orta ixtisas təhsil müəssisələri arasında minifutbol üzrə şəhər turniri keçirilib.

Universitetin İdman-sağlamlıq kompleksində təşkil edilən turnirdə MDU, Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kolleci və Mingəçevir Peşə Məktəbinin tələbələrindən ibarət komandalar mübarizə aparıblar. Şəhər turnirini qalibiyyətlə başa vuran MDU komandasının üzvləri kubok və diplomlarla mükafatlandırılıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin keçirilməsinə, o cümlədən şəhər və ətraf rayonlarda təşkil olunan müxtəlif formatlı idman yarışlarında iştiraka xüsusi önəm verilir.