Mingəçevir Dövlət Universitetində “Taleyimizə nur saçan Müzəffər Lider” mövzusunda elmi konfrans keçirilibbackend

Mingəçevir Dövlət Universitetində “Taleyimizə nur saçan Müzəffər Lider” mövzusunda elmi konfrans keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 24-də Mingəçevir Dövlət Universitetində (MDU) “Taleyimizə nur saçan Müzəffər Lider” mövzusunda elmi konfrans keçirilib.

Universitetdən  TİA.AZ-a bildiriblər ki, şəhid ailəsi üzvlərinin, MDU-nun İctimai Nəzarət Şurasında təmsil olunan şəhər ziyalılarının, universitet əməkdaşlarının, tələbə və magistrantların iştirakı ilə keçirilən konfransın açılışında rektor Şahin Bayramov çıxış edib. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anadan olmasının 60 illik yubileyinin ölkəmizdə böyük sevinc və bayram əhvali-ruhiyyəsi ilə qeyd edildiyini bildirən Ş.Bayramov bu əlamətdar gün münasibətilə dövlət başçımızı konfrans iştirakçıları adından təbrik edib.

Ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük mirası olan müasir və müstəqil Azərbaycanın hazırda etibarlı əllərdə olduğunu vurğulayan rektor Prezident İlham Əliyevin qlobal liderlik və məharətli idarəçilik keyfiyyətləri, müdrik və qətiyyətli siyasəti, yüksək intellekti və əzmkar fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığını, müstəqil, dayanıqlı, dinamik və hərtərəfli inkişafda misilsiz və tarixi nailiyyətlər əldə olunduğunu qeyd edib.

Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməzliyi, sarsılmaz dövlət, xalq və ordu birliyi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanıldığını, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa edildiyini, milli qürurumuzun xilas edildiyini bildirən Ş.Bayramov hazırda Azərbaycanın müstəqillik tarixinin ən parlaq və şanlı dövrünü yaşadığını deyib.

Ölkə başçısının uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində möhtəşəm Qarabağ Zəfərindən sonra bölgədə yaranan yeni geosiyasi və geoiqtisadi reallıqlardan bəhs edən MDU-nun rektoru işğaldan azad edilmiş ərazilərin sürətlə dirçəldilməsi istiqamətində aparılan genişmiqyaslı quruculuq işlərinin hər bir azərbaycanlının qəlbində böyük sevinc və qürur hissləri yaratdığını söyləyib.

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun əməkdaşlarından professor Veysəl Əyyubov “Yenilməz lider və parlaq gələcəyə uzanan inkişaf yolları”, dosent Esmira Cəfərova “Milli tariximizə böyük uğurlar gətirmiş siyasi varis” və universitetin tələbəsi Qaya Cəfərov “İlham Əliyev ideyalarından güc alan gəncliyimiz” mövzularında çıxış ediblər.

Məruzələrdə qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf strategiyası hazırda onun layiqli siyasi varisi, Prezidentimiz İlham Əlyev tərəfindən yeni keyfiyyət müstəvisində uğurla davam etdirilir. Tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığı müasir dövrdə Azərbaycan sürətlə inkişaf edir, sosial rifah səviyyəsini yüksəldir və dünyanın siyasi xəritəsində mövqeyini daha da gücləndirir. Möhtəşəm Qarabağ Zəfərindən sonra dövlət başçımızın müdrik və məqsədyönlü siyasəti sayəsində bölgədə yaranan yeni reallıqlar ölkəmizi parlaq gələcəyə aparır, onun suveren və müstəqil inkişafını daha da möhkəmləndirir.

Konfransdan sonra MDU tələbələrinin və Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbinin əməkdaşlarının iştirakı ilə bədii tədbir keçirilib.