Tribuna İnformasiya Agentliyi

Mingəçevirdə fəhlə yıxılıb öldü

14 Sentyabr

Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasında podratçı fəhlə Mehman Mustafayev bədbəxt hadisə nəticəsində düyasını dəyişib.

“Qafqazinfo”nun məlumatına görə, o, ehtiyatsızlıq edərək yıxılıb və həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ötən ilin yayında enerji sistemində baş verən qəzadan sonra “Azərbaycan” İstilik Elektrik Stansiyası yenidən qurulur.