Tribuna İnformasiya Agentliyi

Mingəçevirdə dəhşət: ər keçmiş arvadını məhkəmə zalında öldürdü – TƏFƏRRÜAT

29 İyun

Mingəçevir şəhərində kişi keçmiş arvadını bıçaqlayaraq qətlə yetirib.

APA TV-nin yməlumatına görə, hadisə Mingəçevir Şəhər Məhkəməsində, məhkəmə zalında olub.

 

Şəhər sakini, 1981-ci il təvəllüdlü Xalid Arif oğlu Əliyev məhkəmə prosesi zamanı hakimin gözü qarşısında keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Təranə Fərmail qızı Nəbiyevaya hücum edərək üzərində gəzdirdiyi bıçaqla onun baş, boğaz və ürək nahiyəsindən bıçaq xəsarətləri yetirib.

Ər və arvad 4 il əvvəl boşanıb və bir uşağı olan qadın alimentin artırılması üçün məhkəməyə müraciət edib. Məhkəmə prosesi zamanı qadın və kişi arasında mübahisə yaranıb.

Qadın ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.