Minaya düşən hərbçilərlə bağlı – Rəsmi məlumatbackend

Minaya düşən hərbçilərlə bağlı – Rəsmi məlumat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Müdafiə Nazirliyi minaya düşən hərbçilərlə bağlı məlumat yayıb. 
Tia.az xəbər verir ki, məlumatda deyilir:
“Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu mina partlaması nəticəsində xəsarət alıb
Fevralın 8-dəTərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.
İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyyə edilib.
Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur”.