Minatəmizləmə Agentliyinin sədri vəzifəsinə təyinat olub – FOTObackend

Minatəmizləmə Agentliyinin sədri vəzifəsinə təyinat olub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

TİA.AZ-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

V.Süleymanov bu təyinata qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışırdı.

Qeyd edək ki, V.Süleymanov 7 may 1965-ci ildə anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin xarici iqtisadi əlaqələr sahəsində iqtisadçı ixtisasını bitirib. 1988-ci ildən 1994-cü ilədək Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.

1994-2002-ci illərdə özəl təşkilatlarda çalışıb.

2002-2005-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə (ANAMA) Partlamamış hərbi sursat əməliyyatları üzrə mütəxəssis; 2005-2018-ci illərdə özəl təşkilatlarda çalışıb.

2018-2020-ci illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş məsləhətçi, şöbə müdiri vəzifəsində işləyib.

21.04.2020-ci il tarixdən bu günədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyirdi.

Ailəlidir, 3 övladı var.