Minalı ərazilərin xəritəsi ilə bağlı şok: “Əraziləri yoxlayarkən diqqətli olsunlar”backend

Minalı ərazilərin xəritəsi ilə bağlı şok: “Əraziləri yoxlayarkən diqqətli olsunlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, bu yaxınlarda daha 15 erməni diversnat öz ölkələrinə qaytarılıb. JAMAZ.İNFO xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi açıqlamasında bəyan edib ki, həmin diversantlar minalı ərazilərin xəritələri ilə dəyişdirilib.

Belə ki, Ermənistan bu dəyişiklik müqabilində Zəngilan və Füzuli rayonlarındakı minalı ərazilərin xəritəsini verib.

Bildirək ki, hələ bir müddət əvvəl Ermənistanın AŞPA-dakı nümayəndəsi, deputat Naira Zöhrabyan demişdi ki, o, Stratsburqda deputat Səməd Seyidovla görüşüb və danışıb. Həmin görüş zamanı Seyidov Zöhrabyana bildirib ki, Ermənistanın verdiyi xəritələrin yarısı saxtadır.

Bundan başqa, Azərbaycan Müdafiə Nazirliyindən də bildiriblər ki, Ermənistandan alınan minalı ərazilərin xəritəsinə uyğun aparılan yoxlamalardan sonra onun cəmi 30 faizində məlumatların doğru olduğu aşkarlanıb.

Bu gün isə Qarabağda yerləşmin separatçıların nümayəndəsi, özünü qondarma “DQR”in “fövqəladə hallar nazirinin sabiq müavini” kimi təqdim edən Boris Avakyan da demək olar ki, bu deyilənləri təsdiqləyib. O, erməni diversantların xəritə ilə dəyişdirilməsi barədə danışaraq bildirib ki, Azərbaycan tərəfi minalı ərazilərin xəritəsindən istifadə edərkən diqqətli olsa yaxşıdır. “Heç bir şey istisna edilə bilməz. Şəxsən mən düşünürəm ki, ən böyük sual nə verdiyimiz və nəyi etmədiyimizdir. Odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yüksək səsli bəyanatları məhz onların daxili auditoriyasına hesablanıb. Hamımız çox yaxşı bilirik ki, Azərbaycan cəmiyyəti bir o qədər yüksək səviyyədə inkişaf etməyib”.

Avakyan bununla kifayətlənməyib. O daha sonra deyib ki, Azərbaycan XİN-in yerli ictimaiyyəti idarə etmək və Ermənistandan bir şey aldıqlarını göstərmək üçün bundan başqa açıqlama verə bilməzdi. “Hesab edirəm ki, özləri də nə adlqılarını, xəritələrə necə yanaşmalı olduqlarını çox yaxşı başa düşürlər”.

Separatçıların nümayəndəsi “bəs, xəritə verilməyibsə, əsirlər necə alınıb” sualına cavab olaraq deyib: “Bu danışıqlar prosesinin nəticəsidir”.

Qeyd edək ki, Boris Avakyanın dediklərinən üç məna çıxarmaq olar. Birincisi, Ermənistan Azərbaycanı aldadıb, həqiqi minalı ərazilərin xəritəsini verməyib. Və ya bu xəritənin çox az bir hissəsi həqiqəti əks etdirir. İkincisi isə Azərbaycan və Ermənistan anlaşaraq, əsirlərin geri qaytarılmasının ictimaiyyətə “minalı ərazilərin xəritələrin müqabilində” baş tutduğunu deməklə, ictimaiyyəti aldatmaqla məşğuldurlar. Çünki erməni separatçı açıq şəkildə bəyan edir ki, “Biz nə verdiyimizi yaxşı bilirik. Azərbaycan tərəfi də həmin xəritələrlə işləyərkən diqqətli olmalıdırlar”. Bu sözlərdən anlaşılan odur ki, ortada hansısa oyun gedir və ya oyun var. Xəritə məsələsi isə ictimaiyyətin diqqətini yayındırmaq, onu əmin salmaq məqsədi güdür. Üçüncüsü isə ermənilər öz ictimaiyyətini aldatmaq, onları əmin etmək, əsirlərin xəritəyə görə deyil, danışıqlar yolu ilə geri qaytarıldığına inandırmaqdır.

Ümid edirik ki, Azərbaycan tərəfi bu məsələyə aydınlıq gətirəcək. Çünki bu, heç də yaxşı görünməyən məsələdir. Hərçənd ermənilərin nə qədər yanalçı olduqları sirr deyil. Amma bu qədər əmin şəkildə danışmaları da ehtiyatlı olmağa əsas verir.