“Mimino”nun ssenari müəllifi vəfat etdibackend

“Mimino”nun ssenari müəllifi vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış gürcü ssenarist, teatr və film rejissoru, rəssam Rezo Qabriadze vəfat edib.

TİA.AZ xəbər verir ki, o, 84 yaşında dünyasını dəyişib.

R.Qabriadze 1936-cı ildə Kutaisi şəhərində anadan olub. O, “Ne qoryuy”, “Mimino”, “Kin dza dza” da daxil olmaqla, 35-dən çox filmin ssenari müəllifi olub.

1981-ci ildə R.Qabriadze Tbilisi Marionet Teatrını yaradıb. Teatr onun adını daşıyır.

O, SSRİ Dövlət mükafatçısı (1989), “Nika”, “Triumf”, “Qızıl maska” (Rusiya) mükafatlarının sahibidir, həmçinin Fransanın İncəsənət və Ədəbiyyat ordeninin kavaleri olub.