Tribuna İnformasiya Agentliyi

Milyonları güldürən Kamal Sunal 18-ci ildönümündə unudulmadı – FOTOLAR

06 İyul
Yaşadığı illər ərzində Türkiyəni güldürən Kamal Sunal 18-ci ildönümündə də unudulmadı.  Kamal Sunal 11 noyabr 1944-cü ildə İstanbulda anadan olub. Memar Sinan ibtidai və Vəfa liseyini bitirən sənətkar 11 il orta təhsil alıb. 1980-ci il sentyabrın 12-də  Mərmərə Universitetinin jurnalistika fakülitəsində təhsilini yarımçıq qoyub.
Universitetdən sonra bir müddət zavodda çalışan sənətkar, teatr və kino dünyasına addım atmadan əvvəl elektrik işləyib. K.Sunal bir müsahibəsində maddi durumlarının yaxşı olmadığı üçün erkən yaşlarından işləməyə məcbur olduğunu deyib.  Hələ məktəb illərində teatr ilə məşğul olmağa başlayan Sunal, eyni zamanda məktəbdə axşam toplantısı keçirir. “Zorən Təbib” teatr tamaşında yer alıb. Vəfa liseyində fəlsəfə müəllimi Bəlqis Balkı vasitəsi ilə məşhur teatr xadimi Müşfiq Kəntərlə tanış ola sənətkar, peşəkar aktyorluq həyatına Kəntərlər Teatrında başlayıb. Daha sonra Ülvi Uraz teatrında, bir müddət Ayfer Fəray teatrında, son olaraq Dəvəquşu teatrında çalışıb.
Kamal Sunal 1974-cü ildə Gül Sunalla ailə həyatı qurub və bu evlilikdən onun Ali və Ezo adında iki övladı dünyaya gəlib. 1990-cı illərdən televiziyada filmləri yayımlanan sənətkarın rol aldığı “Süd qardaşlar”, “Tosun Paşa”, “Kənddən endim şəhərə”, “Çöpçülər Kralı” kimi filmləri türk filminin ən çox sevilənləri arasında olub. Kamal Sunal həyatı boyu 82 filmdə rol alıb. Təyyarədən qorxduğu üçün həyatında o, heç vaxt təyyarəyə minməyib. 2000-ci il iyulun 3-də Balalayka filminin çəkilişləri zamanı Trabzona getmək üçün təyyarəyə minən sənətkar bir neçə dəqiqə sonra ürək tutmasından dünyasını dəyişib. Kamal Sunalın 18-ci ildönümündə həyat yoldaşı Gül Sunal və Əli Sunal da öz duyğularını paylaşıblar.
Vasif Əlihüseyn