Milyardlarla dollar dəyəri olan silahlar “Taliban”ın əlinə keçdibackend

Milyardlarla dollar dəyəri olan silahlar “Taliban”ın əlinə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ ordusunun təlim keçdiyi və silahla təmin etdiyi Əfqanıstan təhlükəsizlik qüvvələrinin paytaxt Kabildən geri çəkilməsindən sonra çox sayda Amerika istehsalı olan silah “Taliban” qüvvələrinin əlinə keçib.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, günlərdir ABŞ mediasında müzakirə olunan fakt artıq təsdiqini tapıb. Ələ keçirilən silahların ümumi dəyəri milyard dollarla öçlülür.
Əfqanıstandan yayılan son görüntülərdə “Taliban” üzvlərinın AŞ silahları ilə silahlandığı görünür. Görüntülərin təbliğat məqsədi ilə “Taliban” tərəfindən yayımlandığı ehtimal olunur.
Əfqanıstan mətbuatında yer alan məlumatlara görə, ABŞ son 4 ildə yerli təhlükəsizlik qüvvələrinə 208 təyyarə, 4700 “Humvee” də daxil olmaqla 75 min hərbi avtomobil verib. Bunların əksəriyyəti “Taliban”ın əlinə keçib.
Hazırda hərakət üzvlərinin əlində “Black Hawk” helikopterleri və “A-29 Super Tucano” hücum təyyarəsi də var.