Tribuna İnformasiya Agentliyi

Milyard dollarlıq çempionatda futbolçu meydana yamaqlı formada çıxdı

12 May
Çin çempionatının oyununda tamaşaçılar maraqlı mənzərəyə şahidlik edib.
Qaynarinfo xəbər verir ki, milyardlarla dolların dövr etdiyi çempionat futbolçu əyninə geyinməyə forma tapmayıb.
Belə ki, “Tianjin Quanjian” – “Quanqzu Everqrande” matçında qonaqların mərkəz müdafiəçisi Zanq Linpenqin burnu qanayıb. Futbolçunun forması qana bulanıb və hakim ondan geyimini dəyişməyi tələb edib. Ancaq həmin vaxt klubun texniki işçiləriin əlində başqa 5 nömrəli forma olmayıb.
Vəziyyətdən çıxmaq istəyən klub əməkdaşları 15 nömrəli formanın üzərindəki 1 rəqəmini yapışqanla qapadaraq Linpenqə geyindiriblər. Yamaqlı forma ilə meydana çıxan futbolçunun görüntüsü sosial mediada geniş yayılıb və klub əməkdaşları sərt şəkildə qınanılıb.