“Milliön” müştəridən kommunal ödənişdə də pul tutur – VİDEObackend

“Milliön” müştəridən kommunal ödənişdə də pul tutur – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Milliön” ödəmə terminalı ilə 15 manat ödəniş (“Azərişıq” borcu ilə bağlı kommunal ödəniş – red.) etməyimə baxmayaraq, çıxarılan qəbzdə 14 manat ödənildiyi yazılıb. Qəbzdə 1 manat (6%) komissiya haqqı tutulduğu göstərilib. “Milliön” xidmət zamanı komissiya haqqı ilə bağlı xəbərdarlıq etməyib.

Bu barədə Axar.az-a daxil olan vətəndaş şikayətində bildirilib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən “Milliön”ün marketinq üzrə aparıcı mütəxəssisi Zibeydə İbrahimova bildirib ki, “Milliön”ün bütün terminallarında yeganə sistem işləyir:

“Hər hansı bir terminalda fərqliliyin olması ehtimalı yoxdur. Bütün xidmətlər zamanı komissiya ödənişi prosesi ilə bağlı öncədən monitorda bildiriş yazısı göstərilir. Komissiya tətbiq edilən ödənişlərdə diqqət çəkməsi üçün digər yazılardan fərqli olaraq bu bildiriş qırmızı rəngdə yazılır. “Azərişıq”da yalnız qeyri-əhali ödənişlərində komissiya tutulur. Digər kommunal ödənişlərdə komissiya yoxdur. “Azərişıq” qeyri-əhali ödənişlərində də əvvəlcədən komissiya ödənişi ilə bağlı monitorda bildiriş göstərilir. Bu, müştərinin diqqətsizliyi də ola bilər. Vətəndaş bununla bağlı ətraflı məlumat verdiyi təqdirdə məsələni araşdırmağa hazırıq”.