“MILLIÖN”DƏN KÜTLƏVI NARAZILIQ: DONUR, PULU GÖTÜRMÜR, APARATLAR IŞLƏMIR…backend

“MILLIÖN”DƏN KÜTLƏVI NARAZILIQ: DONUR, PULU GÖTÜRMÜR, APARATLAR IŞLƏMIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dəfələrlə şikayətlər edilməsinə baxmayaraq, ödəmə terminalları arasında “Milliön” fəaliyyətində keyfiyyət dəyişikliyinə getmir.
Bu da istər-istəməz müştərilərin alternativ xidmətlərdən istifadə etməsinə səbəb olur. Çünki “Milliön” aparatları etibarlılığını itirməkdədir və keyfiyyətli xidmət göstərmir.
TİA.Az xəbər verir ki, müştərilər bu aparatların tez-tez donmasından, bir sıra xidmət sahələrinin bu terminalda olmamasından daha çox şikayət edirlər. Eyni zamanda bir sıra marketlərdə “Milliön” aparatlarının monitorunun sönük olduğunu, işləmədiyini görmək olar.
Ona görə müştərilər digər ödəmə terminallarına üstünlük verirlər. Əsas problemlərdən başlıcası ödəmə aparatlarının nasaz olması, donması, kommunal ödənişlər edərkən xüsusən qaz kartını qəbul etməməsi, pulun yüklənməsində yaranan problemlərdir.
Bir sıra hallarda ya aparat ödənişi götürmür, ya pulu dəyişməli olursan, ya yüklənmir və təzədən “Milliön” qaynar xəttinə müraciət etməyə məcbur qalırsan. Bu da işini operativ görmək istəyən, vaxt itirmək istəməyən vətəndaşların zamanını alır, problem yaşadır.
Vətəndaşlar bildirirlər ki, bu aparatların əksəriyyəti artıq öz istismar müddətini başa vurub. Son olaraq “Azərişıq”ın qeyri-əhali ödənişlərinə görə “Milliön” tərəfindən əlavə 1 manat tutulmasına başlanması da həm narazılıq yaradıb, həm də bu terminala olan münasibəti daha da dəyişib.

TİA.Az