“MİLLİÖN” APARATLARINDAN KÜTLƏVİ İMTİNA: BOYKOTA ÇAĞIRIŞ – FOTObackend

“MİLLİÖN” APARATLARINDAN KÜTLƏVİ İMTİNA: BOYKOTA ÇAĞIRIŞ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə ödəmə terminalları arasında bərbad fəaliyyətinə görə qabaqcıl olan “Milliön” aparatlarıdır.
TİA.Az-a son vaxtlar gələn şikayətlər, sosial şəbəkədə yazan istifadəçilər tez-tez “Milliön” aparatlarından gileylənirlər.
Onların sözlərinə görə, əsas problemlərdən başlıcası ödəmə aparatlarının nasaz olması, donması, kommunal ödənişlər edərkən xüsusən qaz kartını qəbul etməməsi, pulun yüklənməsində yaranan problemlərdir.

Bir sıra hallarda ya aparat ödənişi götürmür, ya pulu dəyişməli olursan, ya yüklənmir və təzədən “Milliön” qaynar xəttinə müraciət etməyə məcbur qalırsan. Bu da işini operativ görmək istəyən, vaxt itirmək istəməyən vətəndaşların zamanını alır, problem yaşadır.
Ona görə əksəriyyət son dövrlər digər ödəmə terminallarına üstünlük verirlər və o deməkdir ki, “Milliön”un xidmətindən kütləvi şəkildə imtina başlanıb.
Hətta bəzi sosial şəbəkə istifadəçiləri üzləşdikləri problemlə əlaqədar dostluğunda olan şəxsləri bu terminaldan istifadə etməməyə, boykot çağırıblar. Ümumiyyətlə, “Milliön” etibarlı ödəmə aparatı sayılmır və heç də adı kimi milli öncüllüyü yoxdur.

Vətəndaşlar bildirirlər ki, bu aparatlar artıq öz istismar müddətini başa vurub. Həmçini daha çox şikayət edərək söyləyirlər ki, aparatlar daxil edilən pulları götürmür. Eyni zamanda başqa bir şikayətdə qeyd olunur ki, aparatlar pulu götürsə də əməliyyatı icra etmir.
Hətta “Milliön” aparatları kiminsə 1 manatını, kiminsə 2-3, hətta 5, 10 manatı da bəzən “yeyir”. Və ən pisi də budur ki, dəmir aparatın udduğu pulun hesabını kimsədən soruşa bilmirsən.

Son olaraq “Azərişıq”ın qeyri-əhali ödənişlərinə görə “Milliön” tərəfindən əlavə 1 manat tutulmasına başlanması da həm narazılıq yaradıb, həm də bu terminala olan münasibəti daha da dəyişib.
Qeyd edək ki, “Komtec Ltd” şirkəti (MilliÖN ticarət nişanı) Azərbaycanda elektron ödəniş sistemləri bazarında 2008-ci ildən fəaliyyət göstərir. Şirkət mobil operatorlar, internet provayderlər, kabel televiziyası, şəhər telefonları, mənzil kommunal təsərrüfatı xidmətləri (su, işıq, qaz, o cümlədən qaz smart kartının balansının doldurulması), bank və sığorta xidmətləri kimi ödəmə proseslərini həyata keçirir.