Tribuna İnformasiya Agentliyi

Millinin 9 futbolçusu ev kirayələdi, 30-a yaxın qadın çağırdı

07 İyun

Meksika millisinin futbolçuları təxminən 1 həftədən sonra Rusiyada start götürəcək dünya çempionatı ərəfəsində əyləncəli gecə təşkil ediblər.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, millinin 9 üzvü Mexiko yaxınlığında ev kirayələyərək 30-a yaxın əxlaqsız qadın sifariş ediblər.

 Gecədə komandanın əsas qapıçısı Gilyermo Oçoa, həmçinin Raul Ximenes, Covanni Dos Santos, Karlos Salsedo və Marko Fabian kimi məşhur futbolçular da olub.

Maraqlıdır ki, buna görə futbolçulardan heç biri cəzalandırılmayacaq. Onlar əyləncə gecəsini asudə vaxtda təşkil ediblər.

Bu, Meksika millisində yaşanan ilk hal deyil. 2010-2011-ci illərdə də analoji hadisə baş vermiş və o zaman bir neçə futbolçu millidən kənarlaşdırılmış və cərimələnmişdi.