Millimizin yeni baş məşqçisi: “Azərbaycana pul üçün gəlmirəm”backend

Millimizin yeni baş məşqçisi: “Azərbaycana pul üçün gəlmirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazinin müsahibəsi

– Sizi artıq Azərbaycan millisinə baş məşqçi təyinatınızla bağlı təbrik etmək olar?

– Əlbəttə, məni təbrik edə bilərsiniz. Ümid edirəm ki, işim uğurlu alınacaq.

– Bir müddət öncə İtaliyada olmadığınızı demişdiniz. Hər kəs Bakıya gəldiyinizi düşünürdü. Maraqlıdır, hazırda haradasınız?

– İndi İtaliyadayam.

– Bakıya nə vaxt gələcəksiniz?

– Ola bilər ki, avqustun ilk günlərində ölkənizdə olum.

– İtaliya mətbuatında Benni Karbone və Klaudio Beluççinin köməkçiniz olacağı yazılıb…

– Bəli, doğru məlumatdır.

– Bəs Ansi Aqolli?

– İndiki halda bu, mümkün deyil. Çünki klubu ilə müqviləsi var.

– Gələcəkdə bu istəyiniz reallaşa bilər?

– Bəli, Aqollini məşqçilər korpusunda görmək istərdim.

– Mətbuatda Azərbaycan millisindəki 1,5 il müddətində məvacibinizin 900 000 avro olacağı ilə bağlı xəbərlər yayılıb. Hətta əlavə mükafat alacağınız da vurğulanıb. Bu, nə dərəcədə doğrudur?

– Bu, həqiqət deyil. Bilirsiniz mənim üçün ən vacib olan nədir? Azərbaycana pul üçün gəlmirəm. Ölkə futbolu üçün vacib işlər görmək istəyirəm.

– UEFA Millətlər Liqasında şansları necə qiymətləndirirsiniz?

– Qrupdan çıxmaq bir çox amillərə əsaslanır. Qrupda ilk pilləni tutmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik.(report)