Hollandiya Birinci Divizionunda 34-cü turun oyunları keçirilir.
“Qafqazinfo” xəbər verir ki, U-21 millimizin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Valveyk” səfərdə “Oss” ilə qarşılaşıb və 1:3 hesabıyla uduzub.
Kökcü oyuna start heyətdə başlayıb və sonadək oynayıb. Millimizin üzvü 3-cü dəqiqədə komandasının yeganə qoluna imza atıb.
“Valveyk” hazırda 29 xalla 20 klub arasında 19-cu pillədə qərarlaşıb.