Millimizin sabiq üzvü “Sumqayıt”da – Rəsmibackend

Millimizin sabiq üzvü “Sumqayıt”da – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Premyer Liqanın 2-ci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Tia.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son olaraq Moldovanın “Dinamo-Avto” komandasında çıxış etmiş cinah oyunçusu Dmitri Nağıyevlə 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dmitri Nağıyev “Dinamo-Avto” (21 oyun, 1 qol) ilə yanaşı “Stumbras” (1 oyun), “Qarabağ Vyana” (15 oyun, 1 qol) və “Dnepr”in (13 oyun, 1 qol) uğurları üçün çalışıb. Nağıyev həmçinin U-21 millimizdə də (2 oyun) çıxış edib.

Xatırladaq ki, “Sumqayıt” qış fasiləsində Cabir Əmirli (“Neftçi”: icarə), Mehdi Şərifi (“Paykan”, İran) və Höccət Haqverdini (“Paykan”, İran) də heyətinə cəlb edib.