Millimizin baş məşqçisini belə ələ saldılar – Fotobackend

Millimizin baş məşqçisini belə ələ saldılar – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan millisinin Slovakiya yığmasına da uduzması baş məşqçi Canni de Byaziyə qarşı olan tənqidləri bir qədər də artırıb.

Bu dəfə italiyalı mütəxəssisin işini veteran futbolçulardan İlqar Qurbanov tənqid edib.

O, məşqçinin işinə ironik yanaşaraq, feysbuk hesabında “B , A , Pro (məşqçilik dərəcələri – red) oxumaq fikrim var idi, belə başa düşürəm ki, C bəsdir” yazıb.

Statusun şərh bölməsində isə millinin sabiq futbolçusu Asif Məmmədov şəhr yazıb.

“Eminin (Mahmudov-red) yerinə Abbası buraxmaq üçün C də lazım deyil” – deyə “Qəbələ”nin yarımmüdafiəçisi bildirib.

Yığmanın sabiq yarımmüdafiəçisi Vaqif Cavadov isə posta “Biz nağıl danışırıq, futbolu bilmirik… adamlar bilir nə edir” şərhini yazıb.