Millimizi çalışdırmağa namizəd olan türk məşqçidən açıqlamabackend

Millimizi çalışdırmağa namizəd olan türk məşqçidən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Millimizin baş məşqçi postuna namizədlərdən olan məşhur Türkiyəli mütəxəssis Samet Aybaba açıqlama verib.
TİA.AZ xəbər verir ki, təcrübəli məşqçi “Fanatik”ə açıqlamasında AFFA rəsmiləri ilə görüşlərin davam etdiyini bildirib. O bu sözləri deyib: “Mənimlə maraqlandıqları doğrudur. Görüşlərimizin olduğunu da deyə bilərəm. Ancaq rəsmi bir anlaşma yoxdur. Görüşlərimiz davam edir”.
Millimizin hazırkı baş məşqçisi Canni De Byazinin tsiklin sonunda postundan gedəcəyi gözlənilir.
Aybaba sonuncu dəfə “Adana Demirspor”u çalışdırıb. 26 illik fasilənin ardından komandanı Superliqaya yüksəldən mütəxəssis burada keçirdikləri ilk 3 oyunda cəmi 2 xal topladıqdan sonra göndərilib.