Millimiz dünya çempionatında iştirak edə bilməyəcək – SƏBƏBbackend

Millimiz dünya çempionatında iştirak edə bilməyəcək – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağırlıqqaldırma üzrə millimiz 7-17 dekabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilməli olan dünya çempionatında iştirak edə bilməyəcək.

Oxu.Az-ın əldə etdiyi xəbərə görə, buna səbəb avqustdan etibarən baş məşqçisiz qalan milli komandamızda yeni təyinatın olmamasıdır.

Nəticədə Azərbaycandan heç bir idmançının adı Beynəlxalq Ağırlıqqaldırma Federasiyasına təqdim olunmayıb.

Qeyd edək ki, daha əvvəl 5-12 oktyabr tarixlərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş gənclərin dünya çempionatında Azərbaycanı heç kim təmsil etməmişdi.