Futbol üzrə əsas milli komandamız bu gün Avro-2020-nin seçmə mərhələsində 3-cü oyununa çıxacaq.
Komandamız Bakıda Slovakiya millisini qəbul edəcək. Qrupda keçirdiyi ilk iki oyunda Xorvatiya və Macarıstana uduzan millimiz bu gün ilk xalını qazanmağa çalışacaq.
E qrupunun digər oyununda isə 3 gün əvvəl Bakıda millimizi məğlub edən (3:1) Macarıstan evdə Uelsi qəbul edəcək.
11 iyun
Avro-2020-nin seçmə mərhələsi
E qrupu
20:00 Azərbaycan – Slovakiya
Hakimlər: Con Biton, Alan Malvenni, Sin Karr, Donald Robertson (hamısı Şotlandiya)
Bakı. “Bakcell Arena”
22:45 Macarıstan – Uels
1. | Macarıstan | 3 | 2 | 0 | 1 | 5:4 | 6 |
2. | Xorvatiya | 3 | 2 | 0 | 1 | 5:4 | 6 |
3. | Uels | 2 | 1 | 0 | 1 | 2:2 | 3 |
4. | Slovakiya | 2 | 1 | 0 | 1 | 2:1 | 3 |
5. | Azərbaycan | 2 | 0 | 0 | 2 | 2:5 | 0 |