Millimiz bu gün Slovakiyaya qarşıbackend

Millimiz bu gün Slovakiyaya qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə əsas milli komandamız bu gün Avro-2020-nin seçmə mərhələsində 3-cü oyununa çıxacaq.

Komandamız Bakıda Slovakiya millisini qəbul edəcək. Qrupda keçirdiyi ilk iki oyunda Xorvatiya və Macarıstana uduzan millimiz bu gün ilk xalını qazanmağa çalışacaq.

E qrupunun digər oyununda isə 3 gün əvvəl Bakıda millimizi məğlub edən (3:1) Macarıstan evdə Uelsi qəbul edəcək.

11 iyun

Avro-2020-nin seçmə mərhələsi

E qrupu

20:00  Azərbaycan – Slovakiya
Hakimlər
: Con Biton, Alan Malvenni, Sin Karr, Donald Robertson (hamısı Şotlandiya)
Bakı. “Bakcell Arena”

22:45 Macarıstan – Uels

 

1. Macarıstan 3 2 0 1 5:4 6
2. Xorvatiya 3 2 0 1 5:4 6
3. Uels 2 1 0 1 2:2 3
4. Slovakiya 2 1 0 1 2:1 3
5. Azərbaycan 2 0 0 2 2:5 0