Millimiz bu gün Avropa çempionatında ilk matçını keçirəcəkbackend

Millimiz bu gün Avropa çempionatında ilk matçını keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ilk oyununu keçirəcək.

TİA.AZ xəbər verir ki, millimiz Belçika yığması ilə qarşılaşacaq. Qarşılaşmanı Lüksemburq, eyni zamanda Bosniya və Herseqovinadan olan hakimlər idarə edəcək.

Avropa çempionatının seçmə mərhələsi

21.00. Belçika (U-19) – Azərbaycan (U-19)

Hakimlər: Luka Bilbiya, Aleksandar Smilyanic (Bosniya və Herseqovina), Dani Dias Balsa (Lüksemburq)
Dördüncü hakim: Sedrik Biever (Lüksemburq)

Oyun Bakı vaxtı ilə saat 21:00-da Lüksemburqda keçiriləcək.