Milli Qurtuluş Partiyası bu gün qurultay keçirirbackend

Milli Qurtuluş Partiyası bu gün qurultay keçirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Milli Qurtuluş Partiyasının (MQP) növbədənkənar qurultayı keçiriləcək.

Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar olaraq qurultay “online” formada baş tutacaq. Qurultayda bir sıra vacib qərarların qəbul olunacağı gözlənilir.

Xatırladaq ki, Milli Qurtuluş Partiyası Azərbaycanda ilk yaranan və dövlət qeydiyyatına alınan siyasi partiyalardan biridir. Partiyanın ilk rəhbəri Milli azadlıq hərəkatının liderlərindən olan mərhum Məhəmməd Hatəmi Tantəkin olub. Uzun illərdir partiyaya Vüqar Oruc rəhbərlik edir.

Qurultayın yekunları ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.