backend

Milli Qəhrəmanlarla bağlı təklif: Pulsuz olsun!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda əlillərin, Qarabağ müharibəsi veteranlarının, Milli Qəhrəmanların, dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərin maşınlarının pulsuz parklanması təklif edilib. 

Azərbaycanda əlillərin, Qarabağ müharibəsi veteranlarının, Milli Qəhrəmanların, dövlət qarşısında xüsusi xidmətləri olan şəxslərin maşınlarının pulsuz parklanması təklif edilib.

TİA.AZ xəbər verir ki, bunu millət vəkili Rafael Cəbrayılov Milli Məclisin Hüquq Siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bildirib.

Deputat təklif edib ki, Rusiyada olduğu kimi əlil və müharibə veteranlarına, Milli Qəhrəmanlara maşın parklanması pulsuz olmalıdır.

“Əlillərə, müharibə veteranlarına, Milli Qəhrəmanlara, dövlət və vətən qarşısında xüsusi xidmətləri olan şəxslər üçün maşınların parklanması tam ödənişsiz olmalıdır. Biz Qarabağ müharibəsi iştirakçılarına maşınların parklanmasını pulsuz etməliyik. Vətən uğrunda vuruşaraq əlil olmuş insaların, Milli Qəhramanların Rusiya qanunvericiliyində olduğu kimi maşınlarını pulsuz park etməsi üçün tam şərait yaratmalıyıq”,- deyə deputat vurğulayıb.