Milli Paralimpiya Komitəsinin vitse-prezidenti işdən çıxarıldıbackend

Milli Paralimpiya Komitəsinin vitse-prezidenti işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Paralimpiya Komitəsinin vitse-prezidentlərindən biri çıxarılıb.Tia.az oxu.az-a istinadla xəbər verir ki, həmin şəxs Sumqayıt Paralimpiya Kompleksinin də direktoru olan Yaşar Hacıyevdir.

O, qurumun İcraiyyə Komitəsində işini davam etdirəcək.

Xatırladaq ki, Y.Hacıyev 2020-ci ilin fevralın 21-də Milli Paralimpiya Komitəsinin I vitse-prezidenti seçilmişdi.

Paracüdo üzrə ikiqat Paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev isə vitse-prezident kimi işinə davam edəcək.

Qeyd edək ki, Milli Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin bu gün keçirdiyi iclasdan sonra vitse-prezidentlərin sayı birə endirilib.

Həmçinin Kamal Məmmədovun işlədiyi baş katib vəzifəsi ləğv edilib, yerinə icraçı direktor vəzifəsi yaradılıb. Eldar Babayev icraçı direktor, Rauf Mürsəlov onun müavini təyin edilib.