Milli Məclisin komitə iclasları başlayırbackend

Milli Məclisin komitə iclasları başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gündən Milli Məclisin payız sessiyasının komitə iclasları başlayır.
TİA.AZ-ın xəbərinə görə, sessiya çərçivəsində ilk olaraq parlamentin Elm və təhsil komitəsinin toplantısı keçiriləcək.
Onlayn qaydada keçiriləcək iclasın gündəliyinə iki məsələ daxil edilib. Bunlar aşağıdakılardır:
1. Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi.
2. Milli Məclisin 2021-ci il növbədənkənar sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı.