backend

Milli Məclisdə 36 məsələ müzakirə ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin növbəti plenar iclası noyabrın 29-da keçiriləcək. 

Milli Məclisin növbəti plenar iclası noyabrın 29-da keçiriləcək.

TİA.AZ xəbər verir ki, iclasın gündəliyinə 36 məsələ daxildir. Məsələlərin əksəriyyəti qanunlara əlavə və dəyişiklər edilməsi ilə bağlıdır.

Belə ki, “İnsan orqan və toxumalarının transplantasiyası haqqında”, “Tütün və tütün məmulatları haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Körpələrin və erkən yaşı uşaqların qidalanması haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Poçt haqqında”, “Çayçılıq haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında”, “Atçılıq haqqında”, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozmalarının profilaktikası haqqında”, “Məhkəmə Hüquq Şurası haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında”, “Turizm haqqında”, “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişiklik.

Vergi Məcəlləsində, Cinayət Prosesual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik. Hərbi vəziyyət haqqında Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi (I oxunuşda), “Əmək ordeni”nin təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikasında orden və medalların təsis edilməsi haqqında” qanunda dəyişiklik ( “Əmək ordeni” yaradılır)”

“Azərbaycan Respublikası hökuməti ilə Almaniya Federativ Respublikası hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında” sazişin təsdiq edilməsi” və “Serbiya Respublikasında avtomobil magistralının bir hissəsinin tikintisinin maliyyələşdirilməsi üçün borcverən qismində çıxış edən Azərbaycan Respublikası hökuməti borcalan qismində çıxış edən Serbiya Respublikası hökuməti arasında 2012-ci il 2 fevral tarixində imzalanan kredit sazişində dəyişiklər edilməsi haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi plenar iclasın gündəliyinə daxil edilib.