Milli Məclis Xocalının Quşçubaba kəndinin Baharlı adlandırılmasını təsdiqlədibackend

Milli Məclis Xocalının Quşçubaba kəndinin Baharlı adlandırılmasını təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
TİA.AZ-ın xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

O bildirib ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.