Tribuna İnformasiya Agentliyi

Milli Məclis 2017-ci ilin dövlət büdcəsini qəbul etdi

16 Dekabr

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiqlənib.  Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiqlənib. 

TİA.AZ-ın verdiyi xəbərə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib ki, 2017-ci il dövlət büdcəsinin layihəsi və sonrakı 3 il üçün icmal büdcəsinin layihəsinin Milli Məclisdə müzakirəsi zamanı edilən təkliflər təhlil edilib və makroiqtisadi sabitliyin qoruması nəzxərə alınmaqla bəzi tədbirlər üzrə xərclərin arrtırılması nəzərdən keçirilib.

“Bəzi məsələrin həlli üçün maliyyə təminatı öz həllini tapıb. Mədəniyyət xərclərinin artırılması ilə bağlı təkliflər nəzərə alınıb və bu sahəyə ayrılan vəsaitə 3 milyon manat ayrılması nəzərdə tutulur. Həmçinin Milli Məclisin saxlanılması xərclərinin də 850 min manat artırılması nəzərdə tutulub”.

Nazir bildirib ki, əgər əvvəllər 1 ilə təxminən orta hesabla 4,9 mln. manat ayrıldısa, 2011-2016-ci illıərdə gənclər siyasəti üçün büdcədən məqsədli 44,8 mln. manat, təxminən bir il üçün 7,5 mln. manat ayrılıb.

“Növbəti ildə gənclər siyasətində xərclər cari 11,5 mln. amnat səviyyəsində sxalanılıb. Əlavə vəəsait ayrılması düzgün hesab edilmir. Gənclər Fondu nazirlik vasitəsilə hökumətin daim diqqətində olub”.

S.Şərifov qeyd eidb ki, 2017-ci il dövlət büdcəsi haqqında dövlət büdcəsinin gəlirlərinin formalaşması, xərcləri və icmal büdcəsinin xərcləri maddələrində dəyişiklik ediləcək: “Növbəti illərin dövlət büdcəsi layihəsində təkliflərin nəzərə alınması diqqətdə saxlanılır”.

2017-ci ilin dövlət büdcəsi səsə qoyularaq qəbul olunub.