Tribuna İnformasiya Agentliyi

Milli Məclis nazir gedən deputatların yerinə yeni komitə üzvləri seçəcək – Sabah

30 Aprel

Mayın 1-i və 4-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçriləcək.

Bu barədə Modern.az-a açıqlamasında Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib.

Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyinə 52 məsələ daxil edilib.

“İclasda bir çox qanunlarda dəyişikliklərə baxılacaq”.

Bunlar aşağıdakılardır:

– Milli Məclisin komitələrinin yeni üzvlərinin seçilməsi;
– “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının təsis olunması ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik;
– “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu layihəsi;
– “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu layihəsi;
– “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu layihəsi;
– “Azərbaycan Respublikasının Şərəf və Dostluq ordenin təsis edilməsi barədə” qanun layihəsi;
– İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;
– Torpaq Məcəlləsinə dəyişiklik;
– Cinayət Məcəlləsinə dəyişiklik;
– Əmək Məcəlləsinə dəyişiklik;
– Miqrasiya Məcəlləsinə dəyişiklik;
– “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklik;
– “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik;
– “Həmkarlar ittifaqı haqqında” qanuna dəyişiklik;
– “Telekommunikasiya haqqında” qanuna dəyişiklik;
– “Üzümçülük və şərabçılıq haqqında” qanuna dəyişiklik;
– “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik;
– “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanuna dəyişiklik;
– “Sosial sığorta haqqında” qanuna dəyişiklik;
– “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsi 2-ci oxunuşda”
– “Torpaq islahatı haqqında” qanuna dəyişiklik;
– “Televiziya və radio yayımı haqqında” qanuna dəyişiklik;
– “İctimai televiziya və radio yayımı haqqında” qanuna dəyişiklik;
– “Reklam haqqında” qanuna dəyişiklik;
– “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanuna dəyişiklik;
– “Mədəniyyət haqqında” qanuna dəyişiklik;
– “Məlumat toplularının hüquqi qorunması haqqında” qanuna dəyişiklik;
– “Memarlıq fəaliyyəti haqqında” qanuna dəyişiklik;
– “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik;