Milli komandamız Qazaxıstana uduzdu – VİDEObackend

Milli komandamız Qazaxıstana uduzdu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astanada Azərbaycanın futbol üzrə milli komandası Qazaxıstan yığması ilə üz-üzə gəlib.

Qurban Qurbanovun yetirmələri matçda ev sahiblərinə 0:3 hesabı ilə məğlub olub.

Hesab oyunun 12-ci dəqiqəsində açılıb. Qapımıza təyin olunan cərimə zərbəsi zamanı Roman Murtazayev hamını qabaqlayaraq topu baş zərbəsi ilə uzaq küncə göndərib.

İki dəqiqədən sonra Serikjan Mujikov müdafiəçilərimizin kobud səhvindən istifadə edərək ikinci topu qapımızdan keçirib. 89-cu dəqiqədə meydana yeni çıxmış Baurjan Turusbek hesabı 3:0-a çatdırıb.

5 iyun

Yoldaşlıq görüşü

18:00. Qazaxıstan – Azərbaycan

Hakimlər: Aleksandr Tyan, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova)

Astana. “Astana Arena”