Milli həmrəylik -dövlət siyasətinin strateji prioritetidirbackend

Milli həmrəylik -dövlət siyasətinin strateji prioritetidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ulu öndər Heydər Əliyev insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək imkanında olmuş, bu qeyri-adi xüsusiyyəti sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, cəmiyyətin həlledici qismini arxasınca apara bilmişdir. Heydər Əliyevin özünəməxsus liderlik keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək bacarığı Azərbaycan xalqının bu dahi şəxsiyyətə sonsuz etimadının əsas səbəblərindən biridir.

Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevirilməsi istiqamətində mühüm işlər görmüş, ümumxalq birliyinin dərin politoloji – nəzəri əsaslarını irəli sürmüşdür. Xaricdə yaşayan soydaşlarımızın tarixi vətənə bağlılığını təmin edən ideoloji istinad nöqtəsinin tapılması da ümummilli liderin dövlətçilik qarşısındakı əvəzsiz xidmətləri sırasında xüsusi diqqət çəkir.

Azərbaycan xalqının milli- mənəvi bütövlüyünün və həmrəyliyinin bariz təcəssümünə çevrilmişdir 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi hər il yüksək səviyyədə qeyd olunması da ulu öndərin necə böyük və uzaqgörən şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan muxtar Respublikasının Ali Məclisi 1991- ci il dekabrın 16- da “ Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında ” qərar qəbul etməklə yenicə müstəqillik elan etmiş Azərbaycan milli həmrəylik ideyasının möhkəmlənməsinə əvəzsiz töhvə vermişdir. Qədim tarixə malik Azərbaycan xalqı bu bayramı uzun illərdən bəri yaranmış, qorunub saxlanmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan ən xoş amal və duyğularla keşirir. Bu bayram ildən – ilə daha geniş vüsət taparaq ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır. Belə bir qərarın qəbul olunması və sonradan bütün ölkədə bayram kimi keçirilməsi milli yaddaşın oyanışı kimi də dəyərləndirilə bilər.

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda milli birlik və həmrəyliyin təmini, həmvətənlərimizin vahid məqsədlər ətrafında birləşdirilməsi, habelə diaspor və lobbi quruculuğu sahəsində əməli tədbirlər həyata keçirilmişdir. Böyük straq özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, müasir dövrdə hər bir dövlətin qüdrətli yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçülür.

Əsaslı ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli həmrəylik və diaspor quruculuğu siyasətini inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə fəaliyyəti sistemli səciyyə daşıyır. Cənab Prezident hər zaman ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında konsolidasiyasına çalışır. Xarici ölkələrdə yaşayan Azərbaycanlılarla əlaqələrin genişləndirilməsi dövlət siyasətinin mühüm istiqamətinə çevirilmiş cənab İlham Əliyev mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində dövrlə səsləşən genişmiqyaslı tədbirlər həyata keçirir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını azərbaycan dövlətinin başlıca vəzifəsi heyab edir. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq cənab İlham Əliyev bütün seçkilərdə 50 milyonluq dünya azərbaycanlılarının dəstəyini alıb, onların alternativsiz namizədi olub.

Hazırda müstəqil respublikamızın inkişaf və tərəqqi yolunda əldə etdiyi böyük nailiyyətlərdə dünyanın müxtəlif ölkələrində yaşayan, qəlbində azərbaycançılıq amalı daşıyan həmvətənlilərimizin də xidmətləri var. Azərbaycanın Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil xoşbəxt gələcəyinə inamının, özünü dərk hissinin güclənməsinə, ümümmilli maraqlar ətrafında sıx birləşməsinə yaxşı zəmin yaratmışdır.

Təbi ki,dünya azərbaycanlılarının daha güclü təşkilatnamasında və bir amal ətrafında birləçməsinə indiyədək keçirilmiş qurultaylar böyük rol oynamışdır. Biz də öz fəaliyyətimizdə qarşıya qoyulan məsələləri əsas gotürməli, yaşadığımız ölkələrdə Azərbaycan üçün hər bir taleyükü məsələ ilə bağlı daha da fəallıq göstərməliyik.

44 günlük Vətən müharibəsi günlərində milli həmrəyliyimizin millətimizin taleyüklü məsələlərin həllində ön plana gəlməsinin bir dana canlı şahidi olduq.

Mahmudavar kənd tam orta məktəbi,Əliyeva Xanım